ABŞ ordusunda intihar halları PİK HƏDDƏ ÇATDIbackend

ABŞ ordusunda intihar halları PİK HƏDDƏ ÇATDI

ABŞ ordusunda intihar edənlərin sayı düşmən atəşindən ölənlərdən çox olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, orduda xidmət edən əsgərlər arasında dəhşətli intihar halları müşayiət olunur. Müdafiə Sağlamlığı Agentliyinin 2014-2019-cu illəri əhatə edən “ABŞ ordusunda ölüm halları” ilə bağlı araşdırmasına görə,  5 ildə 883 əsgər intihar edib. Eyni dövrdə qaynar nöqtələrdə həlak olanların sayı 96 nəfər olub.

Araşdırmada bildirilir ki, ABŞ əsgərlərinin Əfqanıstan və Yaxın Şərqdən çəkilməsi ilə döyüş meydanında ölənlərin sayı xeyli azalıb. Lakin qəza zamanı ölənlər də kifayət qədərdir. Hesabat dövründə 814 əsgər qəzada həyatını itirib. Araşdırmada diqqətə çatdırılıb ki, 2019-cu ildən bəri intiharların dinamikası artıb, eləcə də əsgərlər arasında spirtli içki istifadəsi kimi zərərli vərdişlər çoxalıb.  2024-cü ildə 55 əsgər intihar edib.

Hərbi məmurlar orduda intiharların qarşısını almaq üçün həll yolları axtarır. 2023-cü ilin sentyabrında intiharları araşdıran müstəqil komissiyanın tövsiyələrindən sonra Pentaqon əsgərlərin psixi sağlamlıq xidmətlərinə çıxışını yaxşılaşdırmaq və odlu silahların təhlükəsiz saxlanması üçün stimulları nəzərdən keçirməyə başlayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*