ABŞ Silahlı Qüvvələri öz hərbçilərini çıxardıqdan sonra Suriyanın Əl-Hasaq əyalətində yerləşən hərbi-hava qüvvələrinə aid bazanı bombalayıb.
KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb yayıb.
Agentliyin məlumatına əsasən, ABŞ-ın hərbi təyyarələri üçün uçuş-enmə zolağı ilə təchiz olunmuş Kleyb hərbi bazasına aviazərbələr endirilib.
ABŞ ordusu, həmçinin kürdlər yaşayan Əl-Hasaq əyalətində yerləşən hərbi bazanı da tərk etməyə hazırlaşır.
