İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli binanın ilk 3 mərtəbəsinin çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 10 nəfər xilas edilib.
Axtarış-xilasetmə işlərinin başa çatdığı vurğulanıb.
