ABŞ qırıcıları HAVAYA QALXDI: Yaxın Şərq bombalanacaqbackend

ABŞ qırıcıları HAVAYA QALXDI: Yaxın Şərq bombalanacaq

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, Hərbi Hava Qüvvələrinə məxsus B-1B Lancer strateji bombardmançısı Yaxın Şərq istiqamətində təlim uçuşu həyata keçirib.

KONKRET.az xəbər verir ki, komandanlığın məlumatına görə, uçuş mayın 9-da baş tutub.

Təyyarənin hansı bazadan havaya qalxdığı açıqlanmayıb.

Aviasiya resursunun məlumatına əsasən, hazırda Böyük Britaniyanın Fairford aviabazasında yerləşdirilmiş B-1B Lancer və B-52H Stratofortress strateji bombardmançıları demək olar ki, hər gün Yaxın Şərq istiqamətində təlim uçuşları həyata keçirirlər.

Uçuşların təxminən 9-10 saat davam etdiyi bildirilir. Hazırda Fairford aviabazasında ABŞ-a məxsus 23 ağır bombardmançı təyyarə yerləşdirilib. Bunlardan 15-i B-1B Lancer, 8-i isə B-52H “Stratofortress”dir.

Məlumata görə, hər bir təyyarə 20 kilometrədək fəaliyyət radiusuna malik 24 ədəd 900 kiloqramlıq JDAM idarəolunan aviabombası və ya təxminən 300 kilometr mənzilli 12 ədəd JASSM qanadlı raketi daşıya bilir.

Qeyd olunur ki, bu silahlar ABŞ-ın hərbi əməliyyatları zamanı İranın ballistik raketlərin yerləşdirilməsi, saxlanılması və istehsalı ilə bağlı mühüm obyektlərinə zərbələr endirmək üçün istifadə olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*