ABŞ qoşunlarını Əfqanıstandan çıxarırbackend

ABŞ qoşunlarını Əfqanıstandan çıxarır

Koronavirus pandemiyası ilə əlaqədar ABŞ Əfqanıstandakı qoşunların sayını vaxtından əvvəl azaldacaq.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, iyunun əvvəlinədək qoşunların sayının 8,6 minədək azaldılması planlaşdırılır.

Qeyd edək ki, fevralın 29-da Qətərdə ABŞ və “Taliban” arasında əldə olunan razılaşmaya əsasən, iyulun əvvəlinədək Vaşinqton Əfqanıstandakı qoşunlarını 12-13 min nəfərdən 8,6 minədək azaltmalı idi.

Pandemiya nəticəsində həmin müddət irəli çəkilib.

Sazişə əsasən, ABŞ və koalisiya qüvvələri 2021-ci ilin mayınadək qoşunları Əfqanıstandan tamamilə çıxaracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*