ABŞ rəsmiləri “Taliban”çılarla görüşəcəkbackend

ABŞ rəsmiləri “Taliban”çılarla görüşəcək

ABŞ rəsmiləri Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının nümayəndələri ilə görüşəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters“ ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Görüş Qətərin paytaxtı Dohadada keçiriləcək. Danışıqlarda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Vest və Əfqan qadınlar, qızlar və insan haqları üzrə xüsusi nümayəndə Rina Amiri iştirak edəcək.

Tərəflər Əfqanıstan üçün humanitar dəstək, təhlükəsizlik, qadın haqları, iqtisadi sabitlik və narkotik maddələrin istehsalı və qaçaqmalçılığı ilə mübarizə səyləri ilə bağlı müzakirə aparacaqlar.//Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*