ABŞ-Rusiya müharibəsi  ilə bağlı KRİTİK XƏBƏRDARLIQ: Hücumu kim edəcək?backend

ABŞ-Rusiya müharibəsi ilə bağlı KRİTİK XƏBƏRDARLIQ: Hücumu kim edəcək?

“ABŞ-ın yaxın və orta perspektivdə Rusiyaya birbaşa hərbi hücum etməsi real görünmür. Bunun əsas səbəbi Rusiyanın nüvə dövləti olmasıdır. Vaşinqton yaxşı anlayır ki, Rusiya ərazisinə birbaşa zərbə təkcə regional müharibə yox, qlobal nüvə eskalasiyası riski yarada bilər”.

Politoloq Züriyyə Qarayeva bu fikri KONKRET.az-a açıqlamasında səsləndirib.

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

“Buna görə ABŞ daha çox dolayı təzyiq alətlərindən, sanksiyalar, Ukraynaya hərbi yardım, NATO-nun şərq cinahının gücləndirilməsi və diplomatik təcrid siyasətindən istifadə edir. Amma bu, ABŞ-Rusiya hərbi qarşıdurması riskinin sıfır olduğu anlamına gəlmir”.

Z.Qarayeva vurğulayıb ki, ən təhlükəli ssenari təsadüfi insident, NATO ölkəsinə raket düşməsi, Qara dənizdə və ya Baltik regionunda hərbi toqquşma, yaxud Rusiyanın NATO üzvünə birbaşa hücumu ola bilər.

“Belə halda ABŞ artıq ikitərəfli deyil, NATO çərçivəsində cavab verməli olar. Yəni ABŞ-ın Rusiyaya planlı şəkildə hücum etməsi ehtimalı çox aşağıdır, amma nəzarətdən çıxan eskalasiya nəticəsində dolayı qarşıdurmanın birbaşa hərbi toqquşmaya çevrilməsi riski tam istisna edilmir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*