ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə KONKRET.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Birləşmiş Ştatlar Rusiyanın 33 vətəndaşına qarşı sanksiya tətbiq edib. Sanksiyalar siyahısına həmçinin Rusiyanın 22 şirkəti, habelə bu ölkənin bayrağı altında üzən bir sıra gəmiləri salınıb.
Maliyyə Nazirliyinin açıqladığı sənədə əsasən sanksiyalar siyahısına Rusiyanın bəzi mətbu orqanları və bankları da salınıb.
ABŞ eləcə də Rusiyaya ixrac nəzarəti tətbiq edib.