ABŞ Ukraynaya iki ədəd “NASAMS” PUA-sı göndərdiyini TƏSDİQLƏDİbackend

ABŞ Ukraynaya iki ədəd “NASAMS” PUA-sı göndərdiyini TƏSDİQLƏDİ

ABŞ Ukraynaya iki ədəd “NASAMS” hava hücumundan müdafiə sistemi (PUA) tədarük etdiyini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Departamenti (Pentaqon) məlumat yayıb.

Pentaqon iki ədəd PUA-nın tədarükünü təsdiqləsə də, “ATACMS” taktiki raketlərinin çatdırılmasının mümkün olub-olmaması ilə bağlı açıqlama verməkdən imtina edib.

Departament əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri artıq ABŞ-ın verdiyi “NASAMS” PUA-larından istifadə edir.

Qeyd edək ki, şəxsi heyətin bu PUA-larla təlimi Avropada aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*