“ABŞ Ukraynaya qoşun göndərməyəcək” – Entoni Blinkenbackend

“ABŞ Ukraynaya qoşun göndərməyəcək” – Entoni Blinken

“Amerika Birləşmiş Ştatları Ukrayna ərazisinə qoşun göndərməyəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken “LCI” fransız telekanalına müsahibəsində deyib.

Dövlət katibi vurğulayıb ki, ABŞ prezidenti Co Baydenin Moskva ilə Kiyev arasındakı münaqişə ilə bağlı mövqeyi Ukraynanı dəstəkləmək və Rusiya ilə müharibədən qaçmaqdır: “Ukrayna torpaqlarında bir nəfər də olsun, Amerika əsgəri olmayacaq”.

Blinken hesab edir ki, Rusiya prezidenti Vladimir Putin münaqişənin genişlənməsində və NATO ölkələrinin orada iştirakında maraqlı deyil. Dövlət katibi təxmin edir ki, Rusiya prezidentinin siyasəti dəyişərsə, Putin və Bayden bir-birinin əlini sıxa bilərlər.

Qeyd edək ki, 2024-cü ilin fevralında Parisdəki sammitdən sonra Fransa prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*