Aftandil Hacıyev: “Bəzi futbolçular sonadək mübarizə aparmır”backend

Aftandil Hacıyev: "Bəzi futbolçular sonadək mübarizə aparmır"

“Bəzi oyunçuların istəksiz olması, sona qədər mübarizə aparmaması açıq sezilirdi və bu, məni təəccübləndirdi”

KONKRET.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bu məqamın onları narahat etdiyini, lakin səbəbin nə olduğunu bilmədiklərini söyləyib: “Oyun haqqında danışılası çox şey yoxdur. Ümumilikdə maraqlı mübarizə oldu. İlk hissədə müəyyən boşluqlar verdik. Rəqibin fərdi baxımdan yüksək keyfiyyətə malik və hər an oyunu üzərinə götürə bilən futbolçularının olduğunu bilirdik. Oyunun fasiləyə kimi heç-heçə yekunlaşacağını gözləmirdim. Ancaq fasilədə müəyyən söhbətlərdən sonra görünür futbolçularda diqqət daha da artıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*