Ağdamda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, qəza Xıdırlı kəndi yaxınlığında qeydə alınıb. “VAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər həyatını itirib,
3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
