Ağdamda ikimərtəbəli ev yandıbackend

Ağdamda ikimərtəbəli ev yandı

Ağdamda ev yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Ağdam rayonunun İmamqulubəyli kəndində ümumi sahəsi 360 kvadratmetr (hər mərtəbəsi 180 kvadratmetr) olan ikimərtəbəli, səkkizotaqlı evin ikinci mərtəbəsində iki otağın və mətbəxin yanar konstruksiyaları və dam örtüyü 80 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*