Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirildibackend

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirildi

Martın 3-də Dövlət İmtahan Mərkəzinin Ağdərə rayonu Talış kənd tam orta məktəbində keçirdiyi buraxılış imtahanı başa çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən məlumat verilib.

Qeyd olunub ki, bu, işğaldan azad olunmuş Ağdərə rayonunda təşkil edilən ilk imtahandır.

İmtahanın idarə olunmasına 1 imtahan rəhbəri, 1 bina nümayəndəsi cəlb olunub. Bir şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11:00-da başlayıb və 3 saat davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*