Ukrayna Prezidenti Volodimir Zelenski Starshield peyk rabitə sisteminin işindəki sürət məhdudiyyətlərinin Rusiya ordusunun “Şahid” tipli hücum dronlarının qarşısının alınmasına mane olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri enerji yarımstansiyalarını “Şahid” dronları ilə hədəfə alır. Bu hücumların bir hissəsinin qarşısını almaq mümkün olmur. Buna səbəb isə cəbhə xətti boyunca və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Starshield terminallarının işində mövcud olan sürət məhdudiyyətləridir.
Ukrayna lideri bildirib ki, dron-ələkeçiricilər saatda təxminən 161 kilometr sürətə çatdıqda operatorlarla əlaqəni itirir. Nəticədə onların Rusiya istehsalı olmayan, Rusiya tərəfindən istifadə edilən reaktiv mühərrikli “Şahid” dronlarını təqib etməsi çətinləşir.
Zelenskinin məlumatına görə, son bir həftə ərzində Rusiya ordusu Ukraynaya qarşı 2300-dən çox hücum dronu, 1590 idarəolunan aviasiya bombası və müxtəlif tipli 15 raketdən istifadə edib.
Hücumlar Zaporojye, Sumı, Odessa, Jitomir və Kirovoqrad vilayətlərinin enerji infrastrukturuna, Dnepropetrovsk və Xarkov vilayətlərindəki dəmir yolu obyektlərinə, eləcə də Zaporojye şəhərinə yönəlib. Donetsk və Kiyev vilayətləri də atəşə tutulub. Nəticədə 16 nəfər xəsarət alıb.
Günay Əli
KONKRET.az
