Bu ölkədə pirotexniki vasitələrin satışına və istifadəsinə qadağa qoyuldubackend

Bu ölkədə pirotexniki vasitələrin satışına və istifadəsinə qadağa qoyuldu

Fransa hökuməti ölkədə davam edən kütləvi etirazlar fonunda pirotexniki vasitələrin satışına və istifadəsinə müvəqqəti ümummilli qadağa tətbiq edib.

KONKRET.az xəbər verir ki, müvafiq qərar Fransa Respublikasının Rəsmi Bülletenində dərc olunaraq qüvvəyə minib.

Qərara əsasən, noyabrın 27-si də daxil olmaqla, ölkə ərazisində əyləncə məqsədli fişənglərin, petardaların, pirotexniki raketlərin, fişəng batareyalarının və digər partlayıcı vasitələrin satışı və istifadəsi qadağan edilib. Məhdudiyyət yalnız xüsusi icazə tələb edən peşəkar pirotexniki vasitələrə şamil olunmur.

Fransa hökumətinin izahına görə, bu vasitələrdən bayram tədbirlərindən daha çox, etiraz aksiyaları və qarşıdurmalar zamanı silah kimi istifadə olunur. Xüsusilə məktəblərin yaxınlığında və nümayişlər zamanı fişənglər polis əməkdaşlarına, jandarmalara, müəllimlərə və şagirdlərə doğru, insan boyu hündürlüyündə atılır.

Qeyd edək ki, Fransada etirazlar sentyabrın ortalarından başlayıb. Əvvəlcə Parisətrafı ərazilərdə məktəblərin vəziyyətindən narazı olan yuxarı sinif şagirdləri küçələrə çıxıblar. Daha sonra yaşayış xərclərinin artmasına etiraz edən həmkarlar ittifaqları və vətəndaşlar da aksiyalara qoşulub.

Etirazlar sonradan ölkə miqyasını əhatə edib. Məlumata görə, ötən gün keçirilən nümayişlərdə 100 mindən çox insan iştirak edib. Qarşıdurmalar zamanı 200-dən artıq aksiya iştirakçısı saxlanılıb. Polis daha əvvəl etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan, səs qumbaralarından və su şırnaqlarından dəfələrlə istifadə edib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*