Belarusun müdafiə naziri Viktor Xrenin Avropa ölkələrinin uzun müddətdir müharibəyə hazırlaşdığını, lakin bunu açıq şəkildə etiraf etmək istəmədiklərini bildirib.
KONKRET.az xəbər verir ki, nazir bu barədə “Vesti”yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Minsk Avropa ölkələrinin hərbi infrastrukturunu genişləndirdiyini, logistika sistemini inkişaf etdirdiyini, aerodromları, hərbi bazaları, silah-sursat anbarlarını və komanda məntəqələrini hazırladığını müşahidə edir.
Xrenin qeyd edib ki, Avropa ölkələrində operativ və döyüş hazırlığı tədbirlərinin sayı dəfələrlə artıb. O, həmçinin Belarus və Rusiyaya qarşı kəşfiyyat fəaliyyətinin intensivləşdiyini iddia edib.
Belarusun müdafiə naziri Rusiya və Belarusun Avropaya hücum edə biləcəyi ilə bağlı bəyanatları isə cəfəngiyyat adlandırıb.
Günay Əli
KONKRET.az
