Biləsuvarda yük maşını mikroavtobusla toqquşub.
KONKRET.az xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Ağayrı kəndində baş verib.
Hərəkətdə olan “Mercedes” markalı yük maşını, Şahmar Mehtiyevin idarə etdiyi “Ford” markalı mikroavtobusa çırpılıb.
Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan “Ford” markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb.
Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.