Ağstafa sakinləri atadan yıxılaraq xəsarət alıblar.
KONKRET.az-ın apa-ya istinadla məlumatına görə, hadisə rayonun Sadıqlı kəndində qeydə alınıb.
2006-cı il təvəllüdlü Turan Nəsibli və 2007-ci il təvəllüdlü Fərid Hacızadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə hər iki şəxs atdan yıxılaraq xəsarət alıblar.
