Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Soyuqbulaq-Köçvəlili yolunda qeydə alınıb.
Qeyd olunub ki, “Ford Tranzit” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzaya düşənlər fəhlələr olub.
