Aİ-nin İranla nüvə danışıqları üzrə koordinatoru SAXLANILDIbackend

Aİ-nin İranla nüvə danışıqları üzrə koordinatoru SAXLANILDI

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbərinin müavini, Vyanada İranla nüvə danışıqları üzrə koordinatoru Enrike Mora Frankfurt aeroportunda Almaniya polisi tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Mora “Twitter“ hesabındakı paylaşımında qeyd edib. Bildirib ki, Tehrandan Brüsselə qayıdarkən polis onu heç bir izahat vermədən hava limanında həbs edib, pasportunu və telefonunu müsadirə edib.

Enrike Mora daha sonra sərbəst buraxıldığını bəyan edib.

Onunla yanaşı, Aİ-nin Vyanadakı BMT səfiri və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) İran üzrə işçi qrupunun rəhbərinin həbs edildiyi, lakin onların ayrı-ayrılıqda saxlanıldığı bildirilib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*