Aİ Ukraynaya döyüş təyyarələri verəcəkbackend

Ukraynaya döyüş təyyarələri verəcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar.

KONKRET.az xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.

“Biz silah, döyüş silahı, hətta döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk”, – o deyib.

Onun sözlərinə görə, Ukrayna qırıcı təyyarələr istəyib və bəzi üzv ölkələrdə onlara malikdir. “Nazir Kuleba bizdən Ukrayna ordusunun istifadə edə biləcəyi qırıcılar barədə soruşdu. Bəzi ölkələrdə belə təyyarələr var”, – Borrel əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*