Akopyan: “Yol istənilən halda Ermənistandan keçəcək, yeganə məsələ onun statusudur”backend

Akopyan: "Yol istənilən halda Ermənistandan keçəcək, yeganə məsələ onun statusudur"

Rusiyanın Ermənistan ərazisindən keçən dəhliz məsələsini aktuallaşdırması İrəvandakı hakimiyyətin təbliğat maşınına zərbə oldu. Rəsmi Bakı isə bu məsələnin müvəqqəti olaraq gündəmdən çıxması barədə verdiyi bəyanatı diplomatik uğur kimi təqdim etdi.

KONKRET.az xəbər verir ki, bunu siyasi strateq Vigen Akopyan NEWS.am-ın müxbiri ilə söhbətində deyib.

Bunu siyasi strateq Vigen Akopyan Ermənistan xəbərləri – NEWS.am-ın müxbiri ilə söhbətində deyib.

Onun sözlərinə görə, Ermənistan10 noyabr tarixli üçtərəfli bəyanatı Paşinyanın “Sülhün kəsişməsi” təklifi ilə müqayisə etməyə çalışıb ki, əslində heç kim buna məhəl qoymur.

“Azərbaycan sülh müqaviləsi imzalamaq niyyətində deyil, çünki onsuz da öz problemlərini həll edir, ona görə də sənədin hazırlanması prosesi ləngiyir.

Bakı qəsdən belə ilkin şərtlər irəli sürür ki, onların həyata keçirilməsi, ən azı, vaxt aparır. Bu isə Azərbaycanın əlinə oynayır. O isə bundan istifadə edərək Ermənistandan yeni güzəştlər əldə etmək istəyir.

Rusiyanın əsas məqsədi statusundan asılı olmayaraq bu marşruta nəzarəti ələ keçirməkdir ki, bu nəzarət onun geosiyasi rəqibləri tərəfindən qurulmasın.

Azərbaycan və Türkiyənin maksimalist məqsədi bu dəhlizin açılmasıdır. Bu məsələ uzunmüddətli perspektivdə gündəmdə qalacaq və məqsədlərinə çatmağa çalışacaqlar”, – Akopyan qeyd edib.

Deməli belə nəticəyə gəlmək olar ki, bu yol istənilən halda mövcud olacaq, yeganə sual odur ki, de-yure dəhliz olacaq, yoxsa de-fakto.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*