AKP sözçüsü: “Həddini aşan iranlı siyasətçilər Prezident Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar”backend

AKP sözçüsü: “Həddini aşan iranlı siyasətçilər Prezident Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar”

“Həddini aşan iranlı siyasətçilər Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar. Çətin anlarda İranın dostu olan Prezidentimizə hücum edənlər öz ölkələrinin düşmənlərini sevindirirlər”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Twitter” hesabında yazıb.

AKP sözçüsü bəzi İran siyasətçilərinin Türkiyə Prezidenti haqqında istifadə etdikləri çirkin dili qınadıqlarını bildirib: “Hər kəs İranın üzləşdiyi sanksiya və embarqolara susanda yalnız Prezidentimiz buna qarşı çıxmışdı”.

Mənbə: APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*