Aktyor Metyu Perrinin ölümü araşdırılırbackend

Aktyor Metyu Perrinin ölümü araşdırılır

Amerika Birləşmiş Ştatlarının bir çox federal qurumları məşhur “Dostlar” serialının ulduzu Metyu Perrinin ölümü ilə bağlı istintaqa qoşulub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, agentliklər Metyu Perrini öldürən ketamini aktyora verən şəxsi tapmaq üçün güclərini birləşdirib.

Hüquq-mühafizə orqanları bildirib ki, hazırda Metyunun poçt vasitəsilə hər hansı narkotik maddə alıb-almadığı araşdırılır. Bu işdə ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi, polis və hətta poçt xidməti də iştirak edir.

Toksikoloji hesabatda göstərilib ki, psixi sağlamlıq problemləri olduğundan ketamin ilə müalicə aldığı üçün aktyorun bu maddənin təsirindən öldüyü müəyyənləşdirilib. Lakin məhkəmə tibbi ekspertizası təyin edib ki, Metyu ölərkən onun orqanizmində tapılan ketamin müalicə nəticəsində alınmayıb.

Xatırladaq ki, məşhur aktyor 2023-cü il oktyabrın 29-da 54 yaşında dünyasını dəyişib. Onun cəsədi Los-Ancelesdəki evdə tapılıb. O zaman Perrinin cakuzidə boğulduğu xəbər verilib. Lakin iki ay sonra “Los Angeles Times” qəzeti yazıb ki, “Dostlar” serialının ulduzunun ölümünə ketaminin təsiri səbəb olub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*