Alban – Udi Xristian Dini İcmasının üzvlərinin erməni işğalından azad Tərtərin Talış kəndində yerləşən məbədi də ziyarət ediblər.
KONKRET.az xəbər verir ki, beşinci əsrə aid Albanlara aid tarixi məkanda dini ayin icra edilib, dualar oxunub.
11:46
Alban – Udi Xristian Dini İcmasının üzvlərinin erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə ziyarəti başlayıb.
KONKRET.az xəbər verir ki, icma üzvləri Suqovuşan da yerləşən kilsəni ziyarət ediblər.
Səfər 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibətilə təşkil olunub. Suqovuşanda V əsrə aid olan və ermənilərin bərpa edərək erməni kilsəsi kimi qələmə verdikləri Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər. Kilsədə dini ayin icra edilib.
