Albaniya prezidenti zəlzələdən sonra: “Vəziyyət çox dramatikdir”backend

Albaniya prezidenti zəlzələdən sonra: "Vəziyyət çox dramatikdir"

“Vəziyyət çox dramatikdir. İnsanları dağıntılar altından çıxarmaq üçün hər cür səy göstərilir”.

KONKRET.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Albaniya Prezidenti İlir Meta zəlzələdən sonra yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

Xatırladaq ki, ABŞ Geologiya Xidməti (USGS) səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 maqnitudalı zəlzələ olduğunu açıqlayıb.

Seysmoloqların bildirdiyinə görə, zəlzələdən sonra 5 maqnitudan yuxarı afterşoklar qeydə alınıb.

Son məlumatlara görə, zəlzələ nəticəsində 6 nəfər ölüb, xəsarət alanların sayı 300 nəfəri keçib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*