Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı açıqlandıbackend

Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı

Albaniyada baş verən zəlzələdə 13 nəfər ölüb, 600 nəfərdən çox insan xəsarət alıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” yerli kütləvi informasiya vasitələrinə istinadən məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Albaniyanın Şicak şəhərinin 10 km şimal-qərbində, 10 km dərinlikdə zəlzələ baş verib. Zəlzələ maqnitudası 6.4 olub.

İtaliyanın “Sky TG24” telekanalı isə zəlzələnin İtaliyanın bir neçə cənub əyalətində də hiss edildiyi barədə xəbər verib. Telekanalının məlumatına görə, Albaniyada xeyli insan dağıntılar altında qalıb.

Albaniyanın Tirana, Durres və Leja şəhərlərinin təhsil müəssisələrində dərslər təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*