backend

Albaniyada zəlzələ qurbanlarının sayı 20-yə çatdı

Albaniyada dağıntılara səbəb olan zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə “Albanian Daily News” Müdafiə Nazirliyinə istinadən bildirib.

Oktyabrın 25-də Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların verdiyi məlumata görə, 5 baldan yuxarı bir sıra ard-arda zəlzələlər baş verib.

Bildirilib ki, dağıntılardan 42 nəfər xilas edilib, Durres və Tumane şəhərində xilasetmə əməliyyatı davam edir.

Nüfuzlu Albaniya kanalı “Top сhannel” qeyri-rəsmi olaraq 21 ölü olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*