Albaniyada zəlzələdə ölənlərin sayı artıb.
KONKRET.AZ “Koha Jone” qəzetinə istinadla xəbər verir ki, zəlzələdə ölənlərin sayı 27 nəfərə çatıb, 650-dən çox insan isə xəsarət alıb.
Albaniyanın Baş Naziri Edi Rama bildirib ki, bu gün Tirana və Durres şəhərlərində fövqəladə vəziyyət elan ediləcək.
Xatırladaq ki, ABŞ Geologiya Xidməti (USGS) səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 maqnitudalı zəlzələ olduğunu açıqlayıb. Seysmoloqların bildirdiyinə görə, zəlzələdən sonra 5 maqnitudan yuxarı afterşoklar qeydə alınıb.