backend

Albaniyadakı zəlzələ daha bir şəhərdə də hiss olundu

Daha bir ərazidə zəlzələ qeydə alınıb. Ölənlərin sayı 13 nəfərə çatıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, Albaniyada baş verən zəlzələdən sonra Bosniya və Herseqovinanın cənubundakı Nevesinje şəhərində də 5.4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Hadisə nəticəsində dağıntılar olub.

Yeraltı təkanlar ilk olaraq Albaniyada qeydə alınıb. 6.4 bal gücündə olan zəlzəzlə nəticəsində 13 nəfər dünyasını dəyişib, 600 nəfərə yaxın insan yaralanıb. Onlardan 150 nəfəri xəstəxanaya yerləşdirilib. Hadisə zamanı çoxlu sayda binalar dağılıb. Yeraltı təkanlar Yunanıstan, İtaliya, Monteneqro, Kosovo, Bosniya və Herseqovina, Şimali Makedoniya, Xorvatiya və Serbiyada hiss edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*