Kartof, badımcan və pomidor tərkibindəki qlikoalkaloidlərə görə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını ala bilər.
KONKRET.az “Frontiers”ə istinadən xəbər verir ki, polşalı alimlər araşdırmalar zamanı bu qənaətə gəliblər.
Adam Miçkeviç Universitetinin alimi Maqdalena Vinkelin rəhbərlik etdiyi tədqiqatçılar molekulyar prosesləri tədqiq edərək beş qlikoalkaloidin, solanin, çakonin, solasonin, solamargin və tomatinin antitümör potensialına malik olduğunu müəyyən ediblər.
Onlardan ən təsirlisi kartofun tərkibində olan solanindir.
Alimlərin fikrincə, o, leykoz hüceyrələrinin çoxalmasının qarşısını alır, bəzi kimyəvi maddələrin orqanizmdə kanserogenlərə çevrilməsini dayandırır.
İqbal Rzayev,
KONKRET.az
