Qalaktikadakı nəhəng qara dəliyin ilk şəkli çəkildi – FOTO / YENİLƏNİBbackend

Qalaktikadakı nəhəng qara dəliyin ilk şəkli çəkildi - FOTO / YENİLƏNİB

Qalaktikada nəhəng qara dəliyin ilk dəfə fotosu çəkilib.

KONKRET.az xəbər verir, bu barədə NASA məlumat yayıb.

“Sagittarius A*” (“Oxatan A*”) adlanan bu qara dəliyin kütləsi Günəşdən təxminən 4 milyon dəfə böyükdür.

Fotoda qara dəliyin yerləşdiyi qaranlıq bölgəni və onun ətrafında cazibə qüvvəsi ilə hərəkətə keçən yüksək temperaturlu qazların yaydığı halqavari işığı görə bilərik.

Fotoda görünən bu halqanın diametri təxminən 60 milyon kilometrdir.

Qara dəlik Yerdən 26000 işıq ili uzaqlıqdadır. Yəni onun bizə çatması və təhlükə yaratması mümkün deyil.

Şəkil Millimetrlik və radio rəsədxanaları qlobal şəbəkəsi (“Event Horizon Telescope” (EHT) adlı tərəfindən çəkilib.

Qeyd edək ki, EHT daha əvvəl 2019-cu ildə başqa bir qalaktikanın, “Messier 87”nin içərisində qara dəliyin şəklini çəkib. Həmin qara dəlik Günəşdən min dəfə böyükdür və kütləsi Günəşdən 6,5 milyard dəfə böyükdür.


15:27

2019-cu ildə qara dəliyin ilk şəklini çəkən elm adamları bir neçə saat sonra mühüm açıqlama ilə çıxış edəcəklər. Yeni kəşfin nə olduğu açıqlanmır, ancaq elm tarixinə damğa vuracağı deyilib.

KONKRET.az xəbər verir ki, alimlər üç il öncəki uğurlarından sonra Süd Yolu kəhkəşanının mərkəzindəki superağır qara dəliyin videogörüntüsünü əldə etmək üzərində işə başlayıblar. Bu səbəbdən ekspertlər ehtimal edirlər ki, alimlər qalaktikamızın mərkəzində yerləşən və Günəşdən 100 min dəfə ağır olan “Sagittarius A” (“Ulduz işarəsi olan Oxatan A” da adlandırılır) qara dəliyinin ilk hərəkətli görüntüsünü təqdim edəcəklər.

Qeyd edək ki, “Sagittarius A*” heç bir zaman təfərrüatlı çəkilməyib. Ən yaxşı halda NASA-nın Yer ətrafında dövr edən “Chandra” teleskopu qara dəlik ətrafında yayılan rentgen şüalarını qeydə alıb.

Video isə hərəkətsiz kadrla mümkün olmayanı – qara dəliyin materiyanı necə udduğunu göstərə bilər. Bu səbəbdən videogörüntünün elm tarixində inqilab olacağı düşünülür.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*