Alimlərdən XƏBƏRDARLIQ: Nyu-York təhlükə altında – VİDEObackend

Alimlərdən XƏBƏRDARLIQ: Nyu-York təhlükə altında - VİDEO

ABŞ-ın Nyu-York şəhəri göydələnlərin ağırlığına görə su altında qalır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə Tom Parsonsun rəhbərlik etdiyi alimlər gəlib. Araşdırmanın nəticələri “Earth’s Future” jurnalında dərc olunub.

Qeyd olunub ki, şəhərdə binaların ümumi çəkisi təxminən 770 milyon tondur. Orta hesabla şəhər ildə 1-2 millimetr batır, lakin bəzi ərazilərdə bu rəqəm bir qədər yüksəkdir. Bu, xüsusilə Bruklin, Aşağı Manhetten və Kuins bölgələrində daşqın təhlükəsi yaradır.

Tədqiqatın nəticələrinə görə, burada dəniz səviyyəsinin qalxması təhlükəsi üç-dörd dəfə yüksəkdir.

Qeyd olunub ki, əksər tərtibatçılar öz layihələrini hazırlayarkən bu faktı nəzərə almırlar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*