Patriarx Kirill Rusiya Konstitusiyasının girişini dəyişdirməyi, Allahın adını ora əlavə etməyi təklif edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.
“Gəlin dua edək, çalışaq ki, Allahın adı əsas qanunda işlənilsin. Çünki Rusiya vətəndaşlarının əksəriyyəti Allaha inanır”, – deyə o bildirib.
Patriarx əlavə edib ki, söhbət təkcə pravoslav dindarlarından deyil, həm də müsəlmanlardan və digərlərindən gedir.
O qeyd edib ki, himndə “Allah tərəfindən saxlanılan doğma torpaq” sözləri var, buna görə də belə bir qeyd Konstitusiyada da ola bilər.
Bundan başqa, Patriarx digər konfessiyaların xadimlərini Konstitusiyaya Allah haqqında söz yazmaq ideyasını dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Putin Federal Məclisə müraciət edərək Rusiya Konstitusiyasında parlamentin rolunu artırmaq və Dövlət Şurasının rolunu müəyyənləşdirmək üçün dəyişikliklər etmək lazım olduğunu söyləyib.
Babək Göyüş
KONKRET.az
