Alimlər sübut ediblər ki, almanın müntəzəm istehlakı nəinki həzmi yaxşılaşdırır və immunitet sistemini gücləndirir, həm də beynin fəaliyyətinə müsbət təsir edir, xüsusən də idrak funksiyasını gücləndirir.
KONKRET.az xəbər verir ki, mütəxəssislər bunun almanın tərkibində olan antioksidant birləşmələr – flavonoidlərlə bağlı olduğunu qeyd ediblər.
Alma hüceyrə səviyyəsində bütün bədəni cavanlaşdıra bildiyi üçün beynin qocalmasını ləngidir. Həmçinin, almanın müntəzəm istehlakı neyrodegenerativ xəstəliklərin – demans və Alzheimer xəstəliyinin inkişaf riskini azaldır.
Hətta almanın ətri belə müəyyən dərəcədə faydalıdır. O, sakitləşdirici təsir göstərə, narahatlığı azalda bilər.
Alimlər gündə ən azı bir alma yeməyi tövsiyə edirlər – bu konsentrasiyanı artırmağa və yaddaşı gücləndirməyə kömək edir.
Almanın insan sağlamlığı üçün başqa hansı faydaları var?
– “Pis” xolesterinin səviyyəsini azaldır
Gündə iki alma yeyirsinizsə, qanda xolesterinin səviyyəsini tarazlaşdıra, ürək və damarların fəaliyyətini yaxşılaşdıra bilərsiniz.
– Sürətli kilo itkisi
Meyvələr orqanizmi tox tutmağa kömək edən lif ehtiva edir, lakin artıq yağın yığılmasına kömək göstərmir.
– Xərçəng riskini azaldır
Almaların tərkibindəki antioksidant birləşmələr sayəsində xərçəngdən qoruna bilərsiniz, çünki onlar sərbəst radikalları öldürür.//Lent.az