2026-cı ilin sonuna yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də 2027-ci ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə müxtəlif rəqəmlər səsləndirilir.
Bəs, 2027-ci ildə əmək pensiyaları nə qədər artırıla bilər?
KONKRET.az xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, 2026-cı ilin ilk yarısının göstəricilərinə əsasən, ölkədə muzdla işləyən şəxslərin əməkhaqqı gəlirləri 7.2 faiz artıb:
“Əgər ilin sonuna qədər bu göstərici stabil qalsa, hətta arta da bilər, təbii ki, əmək bazarındakı vəziyyətə uyğun olaraq azala da bilər. Amma təqribən bu intervalda olacaq. Dəqiq göstəricini biz fevralın ilk 10 günlüyündə biləcəyik. Adətən bu statistika bir ay gecikmə ilə dərc edilir. Yəni dəqiq rəqəmi 2027-ci ilin fevralında biləcəyik. Amma təxmin edə bilərik ki, növbəti ildən pensiyaların təqribən 7 faiz ətrafında indeksasiya olunması mümkündür”.
Ətraflı Baku TV-nin süjetində:

Bunu kim yazıb 7,2% mağazada bazarda baxın görün qiymətlər nə qədər artıb
Bəsdir bu qədər pensiyaların artımından yazdınız. Bütün saytlar təkrarlayır. Ortada hələ heç bir şey yoxdur, artıq bütün ərzaq və məhsullar günbəgün bahalaşır.
Pensiya arti.i olmamiw dukan bazarkarda qiynatkar 20 25 fajz artibdie yaqk ki yeni iladajda 40 fajz artacaqdir oensiya artir deyib mohtamirkarin alina kkzur vermayin ayj dir artanda hami bilkacakdir
Deyirəm ki, mövzu tapa bilmirlər deyə, hər ay pensiya nə vaxt verəcəklər deyə xəbərləyirlər. Sentyabtda da Vüqar Bayramov 1-2 kəlmə danışıb, Artıq qiymətlər kəllə çarxa qalxıb. Fevral 5-6 AZN əlavə olunacaq pensiyanı da qaz,işıq limitinə verəcəyik. Yazıqlar olsun bizlərə
Gündə 1 faiz düşür, 12 faiz dən 7 faizə qədər düşüb, yanvarın sonuna kimi qorxuram deyərlər 1 faizə indeksasiya olunacaq