Biləsuvarda 26 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilibbackend

Biləsuvarda 26 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib

Biləsuvar rayonunda qətl hadisəsi olub.

KONKRET.az bildirir ki, APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Nərimankənd kəndində baş verib

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən ölüb.

Onun əməli törətməkdə şübhəli bilinən qohumu, 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*