Almaniya kansleri Olaf Şolç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Futbol Çempionatına səfərini gözlədiklərini bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, vurğulayıb ki, “Türkiyə prezidentinin, kral ailələri də daxil olmaqla, bir çox dövlət və hökumət başçısının matçlara gələcəyindən çox məmnunam”.
Qeyd edək ki, Almaniya ilə Türkiyə arasında gərginlik son vaxtlar milli futbolçu Merih Dəmiralın Avstriya ilə oyunda etdiyi “boz qurd” işarəsi səbəbindən daha da artıb. Çoxlu türkün yaşadığı Berlində oynanılacaq matç öncəsi polis fövqəladə təhlükəsizlik tədbirləri görür.
Günel Mikayılova,
KONKRET.az