Almaniyada artıq 10 nəfər koronavirus “2019-nCoV”un yeni növü ilə xəstələnib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS Hermersheim rayon administrasiyasına istinadən yayıb.
Məlumatlara görə, Bavariyada yalnız səkkiz nəfər, o cümlədən bir uşaq bu xəstəliyə yoluxub.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi koronavirus “2019-nCoV”un yeni bir növüdür. Son məlumatlara görə, yeni tip koronavirusa 14 mindən çox insan yoluxub. Hal-hazırda, 304 nəfər ölüb və 332 nəfər isə müalicə olunur.
Babək Göyüş
KONKRET.az
