Almaniyada vergi islahatlarına qarşı çıxış: Mertsin hökuməti çətin vəziyyətdəbackend

Almaniyada vergi islahatlarına qarşı çıxış: Mertsin hökuməti çətin vəziyyətdə

Almaniyada kansler Fridrix Mertsin rəhbərlik etdiyi hökumətin vergi siyasəti ilə bağlı fikir ayrılıqları yaranıb.

KONKRET.az bildirir ki, Xristian Demokrat İttifaqından (XDİ) olan bir sıra federal torpaqların baş nazirləri vergi yükünün artırılmasına qarşı çıxaraq hökumətin hazırladığı vergi islahatlarının Bundesratda – federal torpaqların təmsil olunduğu parlament palatasında bloklana biləcəyini bildiriblər.

“Bild” qəzetinin məlumatına görə, regional siyasətçilər şəkər vergisi də daxil olmaqla yeni ödənişlərdən imtina edilməsini və gəlir vergisi islahatına yenidən baxılmasını tələb edirlər. Onlar hesab edirlər ki, hökumət vətəndaşların və biznesin vergi yükünü artırmaq əvəzinə, ilk növbədə öz xərclərini azaltmalıdır.

Vergi siyasəti ilə bağlı narazılıq XDİ/XSS fraksiyasının daxilində də müşahidə olunur. Bundestaqın 12 ixtisaslaşmış deputatı artıq şəkər vergisinin tətbiqinə qarşı çıxıb. Fraksiyanın maliyyə məsələləri üzrə ekspertləri də yeni ödənişlərin tətbiqini və vergi islahatının bəzi müddəalarını dəstəkləməyiblər.

Beləliklə, hökumətin vergi dəyişiklikləri həm federal torpaqlar səviyyəsində, həm də hakim koalisiya daxilində müqavimətlə üzləşib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*