Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyində vəziyyətin kompleks şəkildə yoxlanılması məqsədilə xüsusi komissiyanın yaradılması barədə sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, sərəncama əsasən, komissiya Müdafiə Nazirliyində, o cümlədən hərbi bölmələrin maliyyə və maddi-texniki təminatı sahəsində mövcud vəziyyəti araşdıracaq. Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbər təyin olunub.
Komissiya görülən işlərlə bağlı ilk nəticələri yeddi gün ərzində prezidentə təqdim etməlidir.
Qeyd edək ki, sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizinin sahilində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 17 hərbçini açıq dənizə aparan bədbəxt hadisə baş verib. Onlardan 14-ü həyatını itirib, üç nəfər isə xilas edilib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Müdafiə Nazirliyinin beş əməkdaşı, o cümlədən Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi – baş komandanın birinci müavini saxlanılıb.
İstintaqın ilkin versiyasına görə, hərbçilər katerdən sahilə enərkən hava şəraitinin pisləşməsi nəticəsində dənizə sürükləniblər.
Günay Əli
KONKRET.az
