Almaniyada mayın 1-dən “Deutschlandticket” (Alman bileti) fəaliyyətə başlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, qiyməti 49 avro olan aylıq bilet bütün ölkə daxilində ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulub.
Qeyd olunub ki, bilet sahibləri yerli və regional nəqliyyatdan – avtobus, tramvay, metro və şəhərətrafı qatarlardan istifadə etməklə Almaniyanın hər yerinə səyahət edə biləcəklər.
Məlumata görə, biletlər yalnız yerli və regional nəqliyyatda istifadə olunacaq.
Bildirilib ki, “Alman bileti” ilə bütün ölkəni gəzmək mümkündür, lakin bu, yüksək sürətli qatarlar və avtobuslar olmadan kifayət qədər vaxt aparır.
Belə ki, sərnişinlər Hamburqdan Münhenə orta hesabla 11-12 saata, Berlindən Kölnə isə doqquz saata gedə biləcəklər.
İqbal Rzayev,
KONKRET.az
