Almazbek Atambayevin azadlıqdan məhrumetmə cəzası ləğv edildibackend

Almazbek Atambayevin azadlıqdan məhrumetmə cəzası ləğv edildi

Qırğızıstan Respublikasının Ali Məhkəməsi keçmiş prezident Almazbek Atambayev barəsində çıxarılmış 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib və cinayət işinə yenidən baxmaq üçün birinci instansiya məhkəməsinə qaytarıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik” Qırğızıstan məlumat yayıb.

Xatırladaq ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğızıstan Respublikasına rəhbərlik edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*