“Alternativlərimiz var” – Çavuşoğlu Rusiya məsələsini TƏSDİQLƏDİbackend

"Alternativlərimiz var" - Çavuşoğlu Rusiya məsələsini TƏSDİQLƏDİ

“Türkiyəyə “F-35” və “F-16” qırıcıları ilə bağlı məhdudiyyət qoyularsa, alternativlərimiz var”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTurk”ə müsahibəsində jurnalistin “F-35” və “F-16” qırıcıları əldə etmək mümkün olmazsa, Rusiyadan döyüş təyyarələri alına bilərmi” sualına cavabında bildirib.

“Türkiyə heç bir zaman çarəsiz qalmayıb. Hazırda müdafiə sahəsində ehtiyacımızın 75 faizini istehsal edirik. Ehtiyac yarandıqda başqa bir ölkə ilə əməkdaşlıq edə bilərik. Alternativlərimiz var. Biz yolumuza davam edirik. Biz öz qırıcılarımızı istehsal edənədək ehtiyaclarımızı başqa mənbələrdən ala bilərik”, – o vurğulayıb.

Bunu da oxuya bilərsiniz: Türkiyə ABŞ-ı dalana dirəyib: “Siz satmasanız, Rusiyadan alacağıq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*