backend

AMEA-nın sabahkı iclasında Ramiz Mehdiyev iştirak edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sabah saat 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin öz müraciəti əsasında vəzifəsindən çıxması məsələsinə baxılacaq.

KONKRET.az xəbər verir ki, AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva AZXEBER.COM-a açıqlamasında deyib ki, iclas mediaya qapalı şəkildə baş tutacaq: “Sabah baş tutacaq iclas mediaya qapalı olacaq. İclasın yekunu haqda mətbuata ətraflı məlumat veriləcək”. Ramiz Mehdiyevin iclasda iştirak etməsi ilə bağlı suala isə o belə cavab verib:

” Ramiz Mehdiyevin iştirakı ilə bağlı məlumatım yoxdur”.

Qeyd edək ki, nizamnaməyə uyğun olaraq, akademiyanın prezidenti vəzifəsindən getdikdə, seçki keçirilənə qədər onun funksiyalarını birinci-vitse prezident yerinə yetirir. Akademik Arif Həşimov hazırda akademiyanın birinci vitse-prezidentidir və seçkiyə qədər bu funksiyaları o yerinə yetirəcək. AMEA-ya yeni prezident seçkilərinin nə zaman keçiriləcəyi isə məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*