AMEA-nın saytı Ramiz Mehdiyevi qəbul etmir – FOTOFAKTbackend

AMEA-nın saytı Ramiz Mehdiyevi qəbul etmir - FOTOFAKT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru ilə bağlı kobud səhvə yol verilib.

KONKRET.az-a daxil olan məlumata görə, AMEA-nın saytında MEK-in eks-direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova direktor kimi göstərilib.

 

Xatırladaq ki, martın 4-də AMEA-nın prezidenti Ramiz Mehdiyev Leyla İmanovanı işdən çıxarıb. Martın 6-dan isə kitabxananın direktoru Sevil Zülfüqarovadır.

Qeyd edək ki, L.İmanova AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, sabiq deputat Nazim İmanovun həyat yoldaşı, mərhum akademik Bəkir Nəbiyevin qızıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*