Amerikalı aktyor yuxuda ikən keçindibackend

Amerikalı aktyor yuxuda ikən keçindi

Bryus Uillislə birlikdə “Hər zaman öl” filmindəki rolu ilə yadda qalan, eyni zamanda bir çox fərqli serial və filmlərdə rol alan 86 yaşlı aktyor Tom Bouer dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, Die Hard 2-də hava limanında Bryus Uillisin canlandırdığı Con Makkleynə kömək edən təmizlik zabiti Marvin obrazını canlandıran Bauerin 86 yaşında dünyasını dəyişdiyi bildirilib.

Bauerin baldızı Meri Miller ABŞ mətbuatına verdiyi açıqlamada məşhur aktyorun mayın 30-da Los-Ancelesdəki evində yuxudan ayılmadığını bildirib.

Karyerası boyunca bir çox prodakşnlarda rol alan Bauer “Law & Order”, “West Wing”, “Grey’s Anatomy” və “Criminal Minds” kimi kino şirkətləri ilə çalışıb. Bauer sonuncu dəfə 2023-cü ildə Bob Odenkirkin baş rolda olduğu “Bəxtəvər Henk” filmində rol alıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*