Amerikalı milyarder çox iddialıdır: “Yenə 4 il Trampın əməllərinə dözə bilmərəm”backend

Amerikalı milyarder çox iddialıdır: "Yenə 4 il Trampın əməllərinə dözə bilmərəm"

Bloomberg prezident ola bilər

ABŞ milyarderi və keçmiş Nyu-York bələdiyyə sədri Maykl Bloomberg 2020-cil prezident seçkilərində namizədliyini irəli sürəcək. “Donald Trampı məğlub etmək və ABŞ-nı yenidən inşa etmək üçün Amerika Prezidentliyi uğrunda yarışacam. Tramp, ölkəmizə və dəyərlərimizə qarşı mövcud olan bir təhdiddir. Əgər daha 4 il prezident olarsa vurduğu zərərdən yaxa qurtara bilmərik”.

36 milyard dollar sərvəti ilə dünyanın ən varlı insanlarından biri olan 77 yaşlı Bloomberg 2003-2013-cü illərdə Nyu-Yorkun meri olub. 3 noyabr 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasından Bloombergdən başqa digər 17 namizəd mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*