Amerikalı veteranların Moskvada paradda iştirakına qadağa qoyulubbackend

Amerikalı veteranların Moskvada paradda iştirakına qadağa qoyulub

9 May dünya tarixinə vahid sovet xalqının zəfəri kimi əbədi yazılıb.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda bildirib.

“Qələbə günü hər birimiz üçün əzizdir”, – Putin vurğulayıb.

O qeyd edib ki, beynəlxalq münasibətlərdə bütün fikir ayrılıqlarına baxmayaraq, Rusiya hər zaman bərabər və bölünməz təhlükəsizlik sisteminin, bütün dünya birliyi üçün həyati əhəmiyyət kəsb edən sistemin yaradılmasının tərəfdarı olub.

Putin Moskvadakı parada gəlmək istəyən amerikalı veteranlara qadağa qoyulduğunun onlara məlum olduğunu söyləyib: “Amma istəyirəm ki, onlar bilsinlər: biz sizin şücaətinizlə, ümumi Qələbəyə verdiyiniz töhfə ilə fəxr edirik. Müttəfiq orduların döyüşçüləri ilə – amerikalılar, ingilislər, fransızlar, Çinin cəsur əsgərləri və partizanları – nasizmi və militarizmi məğlub edənlərin hamısı ilə…”//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*